Xarici şəxslərlə bağlı Azərbaycan məhkəmələrində hansı işlərə baxıla bilər?

Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır:


· xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi AR-nın ərazisində olduqda;


· iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin AR-da yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;


· cavabdeh AR-nın ərazisində əmlaka malik olduqda;


· aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı AR-nın ərazisində yaşayış yerinə malik olduqda;


· yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın ölümü ilə əlaqədar ziyanın ödənilməsinə dair işlərdə ziyan AR-nın ərazisində vurulduqda və ya iddiaçı AR-nın ərazisində yaşayış yerinə malik olduqda;


· əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal AR-nın ərazisində baş verdikdə;


· iddia icrası tamamilə və ya qismən AR-nın ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;


· iddia AR-nın ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə;


· nikahın pozulması işlərində iddiaçı AR-da yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç olmazsa biri AR-nın vətəndaşı olduqda;


· şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı AR-da yaşayış yerinə malik olduqda;


· vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer AR-da olarsa və yaxud vəsiyyət edənin əmlakı AR-da olduqda vərəsəlik işləri.



Bundan başqa müstəsna səlahiyyətə aid olan işlər vardır ki, onlara da Azərbaycan Respublikası məhkəmələrində baxılması mümkündür:


· daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə;


· şəxsin həqiqiliyinin və ya qeyri-həqiqiliyinin tanınması və hüquqi şəxsin buraxılması, yaxud onun qərarlarının ləğv edilməsi iddialarına dair işlər, əgər hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) vardırsa;


· patent, marka və ya digər hüquqların həqiqiliyinin tanınması iddialarına dair işlər, əgər bu hüquqların qeydə alınması və ya onların qeydə alınması üçün ərizələrin verilməsi Azərbaycan Respublikasında olmuşdursa;


· məhkəmə baxışı zamanı məcburi icra tədbirləri barədə qəbul edilmiş qətnamə Azərbaycan Respublikasında irəli sürülmüş və yaxud həyata keçirilmişsə;


· yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər;


· əgər ər-arvadın hər ikisinin Azərbaycan Respublikasında yaşayış yerləri vardırsa, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın pozulmasına dair işlər.


#hərgünhüquq #rahimovasevinj #hüquqşünas #hüququnubil #qanunqayda #azərbaycan #xaricişəxslər #məhkəmə #əcnəbi

Просмотров: 34Комментариев: 0

Недавние посты

Смотреть все

Xırda xuliqanlıq

Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi

© 2020 Sevinj Rahimova. Bütün müəllif hüquqları qorunur.