Uşaqlı qadınların əlavə məzuniyyətləri

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.


Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də yuxarıda göstərilən əlavə məzuniyyət hüququ vardır.


Bəhs etdiyim əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.


Qeyd etdiyim əlavə məzuniyyətlər Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə, Fizioloji keyfiyyətləri ilə bağlı işçilərə, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə və Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinə verilmir. Çünki onlar üçün Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində nəzərdə tutulan müvafiq məzuniyyətlər nəzərdə tutulmuşdur.


Hər zaman yazdıqlarımdan daha tez xəbərdar olmaq üçün saytıma abunə olmağınız kifayətdir. Ümid edirəm, məlumatlar Sizin üçün faydalıdır.

Unutmayın ! Hüquqi məsləhətə ehtiyacınız olduğu vaxtda sadəcə +994 55 588 51 51 mobil nömrəsinə zəng edib, konsultasiyaya qoşula bilərsiniz.


#rahimovasevinj #hüquqşünas #əməkqanunvericiliyi #qanunqayda #hərgünhüquq

Просмотров: 0

Недавние посты

Смотреть все

© 2020 Sevinj Rahimova. Bütün müəllif hüquqları qorunur.