Uşağın ad, ata adı və soyad daşımaq hüququ

Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir.


Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.


Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları Ədliyyə Nazirliyi tərəfindən müəyyən olunur.


Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.


Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.


Hər zaman yazdıqlarımdan daha tez xəbərdar olmaq üçün saytıma abunə olmağınız kifayətdir. Ümid edirəm, məlumatlar Sizin üçün faydalıdır.


Unutmayın ! Hüquqi məsləhətə ehtiyacınız olduğu vaxtda sadəcə +994 55 588 51 51 mobil nömrəsinə zəng edib, konsultasiyaya qoşula bilərsiniz. Mənim Sizə daha anlaşılan, sadə dildə izahlar verəcəyimə heç şübhəniz olmasın.

Просмотров: 61Комментариев: 0

Недавние посты

Смотреть все

Xırda xuliqanlıq

Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi

© 2020 Sevinj Rahimova. Bütün müəllif hüquqları qorunur.