TƏQSİR

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə görə təqsir iki formada olur: #QƏSDƏN və ya #EHTİYATSIZLIQDAN


Cinayətin qəsdən törədilməsi: Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır.

Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət #birbaşa qəsdlə törədilmiş hesab olunur.


Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət #dolayı qəsdlə törədilmiş hesab olunur.


Cinayətin ehtiyatsızlıqdan törədilməsi: Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır.

Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur.

Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.


📌 Hüquqlarınızın pozulduğunu, müdafiə edilməsinin vacibliyini hesab edirsinizsə, Bizə müraciət edin.


☎️ +994 55 588 51 51

📍 Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 (Port Baku Residence)


#hərgünhüquq #rahimovasevinj #təqsir #cinayət #qanunqayda #Azərbaycan #qanunvericilik

Просмотров: 31

Недавние посты

Смотреть все

© 2020 Sevinj Rahimova. Bütün müəllif hüquqları qorunur.