SUAL-CAVAB #2

Sual: Salam. 4.1.3 maddə bizim pay torpağımız olduğu anlamına gəlir? İşsiz kimi qeydiyyata düşə bilmədik heç öz xəbərimiz də yoxdur ki pay Torpaq var onu necə öyrənə bilərik?


Sual: Salam, mülki-hüquqi xarakterli müqavilə ilə işləyirsiz- nə deməkdi?


Cavab: Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri Məşğulluq haqqında Qanunun 4.1.3-cü maddəsinə əsasən məşğul şəxslər sayılır və bu qanuna əsasən də 190 manat birdəfəlik ödəmədən imtina olunur.


Eyni zamanda mülki hüquqi xarakterli müqavilə ilə çalışanlara da imtina cavabları gəlir. Həmin şəxslərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər aiddir. Misal kimi podrat müqaviləsini qeyd edə bilərəm.


Kimlər 190 manat birdəfəlik ödəmə ala bilib? Yaxud kimlər hələ də gözləyir? Fikirlərinizi qeyd edin ki, digər insanlar da xəbərdar olsun.


Hər kəsə sağlam günlər arzu edirəm. Sağlam qalın, Salamat qalın.


🌐 www.rahimovasevinj.com

📧 info@rahimovasevinj.org




#rahimovasevinj #hüquqşünas #hüquqixidmət #konsultasiya #hüquqiməsləhət #sualcavab #sualcavabrahimovasevinj

Просмотров: 25

© 2020 Sevinj Rahimova. Bütün müəllif hüquqları qorunur.