Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri

Bütün əmək münasibətlərində olduğu kimi, Əməyin Mühafizəsi məsələləri də əsas etibarilə Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər normatik hüquqi aktlarla tənzimlənir.

Əməyin mühafizəsi üzrə işəgötürənlərlə yanaşı işçilərin də hüquq və vəzifələri vardır. Bu sahədə işçilərin vəzifələrini qeyd edirəm:


1. əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;

2. özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə işini icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək;

3. verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;

4. əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;

5. müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq;

6. əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.


Azərbaycan Respublikasının Əmək Məcəlləsi, maddə 216.  www.rahimovasevinj.com



#rahimovasevinj #hüquqşünas #юрист #lawyer #azerbaijan #sətəm #əməyinmühafizəsi #işçi #işəgötürən #əməyintəhlükəsizliyi #əməkqanunvericiliyi

Просмотров: 95

Недавние посты

Смотреть все

© 2020 Sevinj Rahimova. Bütün müəllif hüquqları qorunur.