Elektron imza və elektron sənəd haqqında qanunvericiliyin pozulması

Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə edilməsinə görə-fiziki şəxslər 50 manatdan 80 manatadək, vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir.


İnformasiya sisteminin mülkiyyətçisi tərəfindən bu sistemin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməməsinə, informasiya sisteminin müəyyən edilmiş qaydada ekspertizadan keçirilməməsinə görə - fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 700 manatdan 1000 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir.


Sertifikat xidmətləri mərkəzi tərəfindən imza yaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinin, sertifikatdakı məlumatların tamlığının və düzgünlüyünün, sertifikat xidmətlərinin keyfiyyətinin və dəqiqliyinin təmin edilməməsinə, sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə, sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına görə - vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir.


Elektron sənədlərin saxlanmasında, ötürülməsində, qəbulunda vasitəçinin informasiya sistemindən etibarlı istifadəni təmin edən texnika və texnologiyalara, bilikli, təcrübəli və səriştəli işçi heyətə, xidmət göstərilmiş elektron sənədlərin vaxtını və mənbəyini təyin etməyə imkan verən şəraitə, həmin elektron sənədlərin vaxtı və mənbəyi haqqında informasiyanın saxlanması üçün etibarlı sistemə malik olmamasına görə - fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.


Hər zaman yazdıqlarımdan daha tez xəbərdar olmaq üçün saytıma abunə olmağınız kifayətdir. Ümid edirəm, məlumatlar Sizin üçün faydalıdır.


Unutmayın ! Hüquqi məsləhətə ehtiyacınız olduğu vaxtda sadəcə +994 55 588 51 51 mobil nömrəsinə zəng edib, konsultasiyaya qoşula bilərsiniz. Mənim Sizə daha anlaşılan, sadə dildə izahlar verəcəyimə heç şübhəniz olmasın.


#rahimovasevinj #hüquqşünas #qanunqayda #hərgünhüquq

Просмотров: 1Комментариев: 0

Недавние посты

Смотреть все

Xırda xuliqanlıq

Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi

© 2020 Sevinj Rahimova. Bütün müəllif hüquqları qorunur.